"Qalatasaray"ın oyunu təxirə salındı - səbəb Çempionlar Liqasıdır...
Futbol üzrə Türkiyə Superliqasının III turunda keçirilməsi planlaşdırılan üç oyun təxirə salınıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. "Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" görüşləri təxirə salınıb.
Buna "Qalatasaray" (Çempionlar Liqası), "Trabzonspor" və "Başakşehir"in (hər ikisi Konfrans Liqası) avrokubokların pley-off mərhələsində mübarizə aparması səbəb olub. Avropa Liqasında yer alan "Beşiktaş" isə təqvimə əsasən III turda meydana çıxmayacaq.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB