“Mançester Siti” bu futbolçuya "elçi düşüb"...

“Mançester Siti” bu futbolçuya "elçi düşüb"...

“Mançester Siti” “Vest Hem”in futbolçusu Divin Mubamanın keçidi üçün razılıq əldə edib. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Mançester klubunun 19 yaşlı hücumçu üçün 1,2 milyon funt sterlinq ödəyəcəyi bildirilib. Onunla tibbi baxışdan keçdikdən sonra uzunmüddətli müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Divin Mubama İngiltərə Premyer Liqasında cəmi 8 matça çıxıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə