Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa çempionatına təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Avropa çempionatının təsnifat mərhələsinin oyununa təyinat alıb. SİA AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis E qrupunda yer alan İsveç və İsveçrə komandalarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, avqustun 17-də İsveçdə keçiriləcək oyunun hakimləri estoniyalı Risto Strandson və norveçli Geir Vestbo olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB