"Real" 23 yaşlı futbolçu ilə yollarını ayırdı

"Real" 23 yaşlı futbolçu ilə yollarını ayırdı

İspaniyanın “Real Madrid” komandası futbolçusu Yuanmi Latasa ilə yollarını ayırıb. Madrid təmsilçisi 23 yaşlı hücumçunu "Real Valyadolid" klubuna satıb. İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yuanmi Latasa ötən iki mövsümü “Xetafe”də icarə əsasında keçirib. Forvard bu müddət ərzində 57 oyunda iştirak edib və 7 qol vurub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə