“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

“Qarabağ” Bolqarıstan futbolunun tarixinə düşdü

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ”a 2:7 hesabı ilə məğlub olan Bolqarıstanın “Ludoqorets” klubu antirekorda imza atıb. Belə ki, indiyədək avrokuboklarda Bolqarıstanı təmsil edən heç bir kollektiv avrokuboklarda doğma meydanda qapısından 7 top buraxmayıb.

Buna qədər ən zəif göstərici 1977-ci ildə Kuboklar Kubokunda "Anderlext"ə (Belçika) 1:6 hesabı ilə uduzan "Lokomotiv"ə (Sofiya) məxsus olub.

Bundan başqa, Sofiya “Slaviya”sı 1988-ci ildə Serbiya “Partizan”ına, "Liteks" isə 1998-ci ildə Rusiyanın "Spartak" (Moskva) klubuna 0:5 hesabı ilə yenilib. Hər iki görüş UEFA Kubokuna təsadüf edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə