Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb. SİA xəbər verir ki, Ağdam klubu Bolqarıstan "Ludoqorets"i ilə səfərdə qarşılaşır.
İlk matçda Bakıda rəqibinə 1:2 hesabı ilə uduzan Qurban Qurbanovun komandası həmin yenilginin əvəzini rəqib meydanında çıxmağa çalışacaq. Lakin bu, asan olmayacaq. Çünki "Ludoqorets" son illər Bolqarıstan futbolunun nəhəngi hesab edilir.
Razqrad şəhərini təmsil edən komanda 2011/12 mövsümündən başlayaraq son 13 mövsümün hamısında ölkəsinin çempionu olub. Komanda 8-i ardıcıl olmaqla 10 dəfə Avropa kuboklarının qrup mərhələsində çıxış edib.
"Qarabağ" - "Ludoqorets" cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada "Petrokub" (Moldova) - TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:2 (Birinci hissə)
Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
VAR hakimləri: Gianluca Aureliano, Marco Serra (Hakimlər briqadası İtaliyadandır)
“Ludoqorets Arena”
İlk oyun - 2:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB