UEFA Çempionlar Liqasının 3-cü turunda "Ludoqorets"lə (Bolqarıstan) səfərdə qarşılaşan "Qarabağ" iki ciddi itki ilə üzləşib.
SİA xəbər verir ki, Marko Veşoviç matçın 28-ci dəqiqəsində zədələnib.
Oyunu davam etdirə bilməyən monreneqrolu müdafiəçi Mateus Silva ilə əvəzlənib.
Matçın 36-cı dəqiqəsində isə "Qarabağ"ın digər monteneqrolu futbolçusu Marko Yankoviç zədələnib və oyuna davam edə bilməyib. Yarımmüdafiəçi Patrik Andrade ilə əvəzlənib.
Qeyd edək ki, ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzan "Qarabağ" eyni hesabla məğlub durumdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB