İngiltərə nəhəngi gürcünü transfer edir

İngiltərə nəhəngi gürcünü transfer edir

“Liverpul” “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvilini transfer etməyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin sözlərinə görə, danışıqlar davam edir. Lakin hələlik yekun qərar verilməyib. Mersisaydlılar gürcü qolkiperi 30 milyon avroya almaq və dərhal icarəyə vermək imkanını nəzərdən keçirir. Futbolçunun özünün də bu varianta razı olduğu qeyd edilir.

Qeyd edək ki, Giorgi Almaniyada keçirilən Avropa çempionatında Gürcüstan yığmasının heyətində çıxış edib. O, komandanın 1/8 finala yüksəlməsində pay sahiblərindən biri olub. Mamardaşvili gürcülərin heyətində keçirdiyi 4 oyunun hamısında iştirak edib və 29 seyv edib. O, bu göstəricdə Avro 2024-ün ən yaxşı qapıçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə