“Paris-2024”: Azərbaycanın qrup hərəkətləri komandası mübarizəyə başlayıb

“Paris-2024”: Azərbaycanın qrup hərəkətləri komandası mübarizəyə başlayıb

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. SİA xəbər verir ki, təsnifat mərhələsində çıxış edən Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq halqalarla hərəkətlərdə bacarığını nümayiş etdirib.

Milli komanda hakimlərdən 33,850 xal alıb. Yığma daha sonra 3 lent və 2 topla da qüvvəsini sınayacaq.

İki hərəkətin cəminə görə ən çox xal toplayan 8 kollektiv final mərhələsinə vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə