“Paris-2024”: Türkiyə voleybol millisi bu gün finala yüksələ bilər
Qadın voleybolçulardan ibarət Türkiyə millisi bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxacaq. SİA xəbər verir ki, “ay-ulduzlular” İtaliya seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Yarımfinalın digər oyununda Braziliya və ABŞ seçmələri üz-üzə gələcək. Bu matçın start fiti isə Bakı vaxtı ilə 18:00-da səslənəcək
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB