Pepe indi də “Vilyarreal”da top qovacaq...

Pepe indi də “Vilyarreal”da top qovacaq...

...“Lill” və London “Arsenal”ının keçmiş hücumçusu Nikolas Pepe azad agent kimi İspaniya “Vilyarreal”ına keçib. Tərəflər iki illik müqavilə imzalayıblar.

Xatırladaq ki, Pepe ötən mövsüm “Trabzonspor”un tərkibində Türkiyədə çıxış etmişdi. Qara dəniz klubu ilə birlikdə Türkiyə kubokunun finalına yüksəlib və ölkə futbol çempionatında bürünc medallar qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Pepenin 29 yaşı var və "Arsenal"ın bir vaxtlar baha başa gələn yeni transferi indi Transfermarkt tərəfindən cəmi 8,5 milyon avro dəyərində qiymətləndirilir.

...Və yeri gəlmişkən, ötən mövsümün sonunda "Vilyarreal" 53 xal toplayaraq La Liqanın turnir cədvəlində səkkizinci yeri tutub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə