"Çelsi" futbolçusunu icarəyə verib

"Çelsi" futbolçusunu icarəyə verib

İngiltərənin "Çelsi" klubu futbolçusu Andrey Santosu yenidən icarəyə verib. SİA xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə Fransanın "Strasburq" komandasının formasını geyinəcək.

Qeyd edək ki, Santos 2023/2024 mövsümünün ikinci yarısında da Liqa 1 təmsilçisində çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə