“Zirə” Slovakiya səfərində - YENİLƏNİR

“Zirə” Slovakiya səfərində - YENİLƏNİR

UEFA Konfrans Liqasındakı təmsilçimiz “Zirə” bu gün II təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “qartallar” səfərdə Slovakiyanın "DAK 1904" klubu ilə üz-üzə gələcəklər.

"MOL Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlanacaq. Oyunu Şimali Makedoniyadan olan referi Covan Kaçevski idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda “Zirə” 4:0 hesablı qələbə qazanıb. Rəşad Sadıqov bu mərhələni adlayacağı təqdirdə, "Osiyek" (Xorvatiya) - "Levadia" (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu

22:30. "DAK 1904" (Slovakiya) - "Zirə" (Azərbaycan)
Hakimlər: Covan Kaçevski, Slaqyan Markoski, Branko Putilin, İvana Proykovska (Şimali Makedoniya)
İlk oyun: 0:4

“DAK 1904”: 41. Aleksandar Papoviç, 21. Mark Sinqer, 33. Taras Kaçaraba, 16. Mateus Brunetti, 18. Aleks Mendez, 10. Ammar Ramadan, 8. Milan Dimun, 27. Milan Vitalis, 17. Yohan Andzouana (k), 46. Matey Trusa, 23. Damir Redziç
Ehtiyat oyunçular: 1. Samuel Petras, 30. Atilla Nemet, 6. Mahmudu Bayo, 7. Yan Bernat, 9. İvan Dolçek, 13. Levente Bosze, 24. Kristian Herk, 25. Filip Kasa, 68. Mate Tuboli, 91. Romarik Yapi, 99. Ladislav Almasi

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 4. Ruan Renato, 3. Ange Mutsinzi, 70. İssa Cibrilla, 11. Rüstəm Əhmədzadə, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 23. Rafael Utsiq, 90. Davit Volkov,
Ehtiyat Oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 6. Eldar Quliyev, 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim, 18. Martins Junior

Bütün xəbərlər Facebook səhifəmizdə