“Ardıcıl olaraq ikinci olimpiadada hazırda top “üçlük”də qərarlaşan Antonsen kimi güclü badmintonçu ilə qarşılaşdım. İstər-istəməz həyəcan var idi”.
SİA xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan badmintonçusu Edi Reski Dviçayo deyib.
O, ilk setdə çətinlik çəkdiyini bildirib: “İkinci setdə isə daha yaxşı çıxış etdim. Lakin rəqibin təcrübəsi daha çoxdur. Püşkdən şikayətlənə bilmərəm. Olimpiadada uğur qazanmaq istəyirsənsə, bu səviyyədə rəqiblərlə oynamağa hazır olmalısan”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB