"Çox çətin oyun oldu. Hansı komanda ilə qarşılaşdığımızı bildirdik. "Qarabağ" həddindən artıq güclü idi. Sonadək döyüşdük, lakin alınmadı".
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ın böyük komanda olduğunu bildirib: "Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdəndir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB