Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da cavab qarşılaşmasına çıxıb.
“Köhlən atlılar” Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib. Səfərdə 2:0 hesablı qələbə qazanan Ağdam təmsilçisinin, doğma meydanda rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. Bu cütün məğlublu isə Avropa Liqasında “Linkoln”la qarşılaşacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
“Qarabağ” - “Linkoln” - 5:0
Qollar: Olaviyo Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72
Baş hakim: Yakob Sandberq (Danimarka).
Tofiq Bəhramov adına Respublika stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB