"Neftçi" ukraynalı futbolçu ilə müqavilə imzalayıb

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, "ağ-qaralar" ukraynalı yarımmüdafiəçi Andrey Ştoqrini transfer edib. Oyunçu ilə 3 illik müqavilə imzalanıb.

A.Ştoqrin "Neftçi"də 88 nömrəli formanı geyinəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə