Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab matçına çıxacaq

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. SİA-nın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsinin cavab görüşündə Cəbəllütariqin “Linkoln” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürəcək.

Matçın baş hakimi danimarkalı Yakob Sandberq olacaq.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə