AFFA nümayəndəsi Avropa Liqasının oyununa təyinat alıb

AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. SİA xəbər verir ki, o, UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Rujomberok” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə