Parisdə keçirilən Olimpiya Oyunlarının büdcəsi nə qədərdir?

Paris-2024 Olimpiya Oyunlarının dəyəri 11 milyard avro olaraq qiymətləndirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Ouest-France” məlumat yayıb.

Parisdə keçirilən Olimpiya Oyunlarının təntənəli açılış mərasimi bu gün, Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə