“Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın edib

“Zirə” doğma meydanda Slovakiya klubunu darmadağın edib

“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.

SİA xəbər verir ki, “qartallar” Mərdəkanda Slovakiyanın “Dunayska Ştreda” komandasını qəbul edib. Görüş təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Zirə”nin heyətində qolları Rafael Utziq (1 qol), Junior Martins ( 1 qol) və Davit Volkov ( 2 qol) vurublar.

Komandalar arasında cavab oyunu avqustun 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə