“Bizi “Zirə”yə qarşı çətin oyun gözləyir”.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın “Dunayska Ştreda” komandasının üzvü, Kristian Qerz UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, “Zirə”nin keyfiyyətli komanda olduğunu bildirib: “Mövsümün ilk rəsmi oyununa çıxacağıq. Rəqibimiz müdafiədə yaxşı mübarizə aparır. Azərbaycana əla əhvali-ruhiyyədə gəlmişik. Əlimizdən gələni edib nəticə qazanmaq istəyirik”. Vaxtilə İsveçrənin “Qrasshoppers” komandasında Azərbaycan millisinin üzvü, Renat Dadaşovla birlikdə oynayan yarımmüdafiəçi bununla bağlı da danışıb: “Renat çox yaxşı dostdur. Onunla hər zaman əlaqədə oluruq”. Qeyd edək ki, “Zirə” - “Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Slovakiyada baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə