“Arsenal” İngiltərə millisinin 18 yaşlı qapıçısı ilə müqavilə imzaladı
"Ayaks”ın 18 yaşlı qapıçısı karyerasını “Arsenal”da davam etdirəcək.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, London klubu 18 yaşlı qapıçı Tommi Setford ilə müqavilə imzalayıb.
Setfordun əvvəlcə “Arsenal”ın gənclər komandasına qoşulacağı gözlənilir, lakin əsas qapıçılar qrupu ilə məşq edəcək.
Qeyd edək ki, Tommi Setford Niderlandda anadan olub, lakin İngiltərə millisinin gənclər komandasında oynayıb. O, “Ayaks”ın gənclər komandasında oynayaraq klubun idman məktəbini keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə