Mbappe, Vinisius, Bellinqem və Modriçdən sonra Arda Gülər

Türkiyə millisi və “Real”ın gənc ulduzu Arda Gülərin pərəstişkarları getdikcə artır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki,19 yaşlı futbolçunun forması Madrid klubunun fan-şoplarında ən çox tələb olunanlar siyahısında yer alıb.

Keçən il transfer olunana qədər İspaniyada tanınmayan Arda Gülər Mbappe, Vinisius, Bellinqem və Modriçdən sonra ən çox forması satılan beşinci futbolçu olub.

Qeyd edək ki, Ardanın formasının qiyməti 70-160 avro arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə