Dünyanın ən bahalı qapıçıları - TOP-10

Gürcüstan millisi və “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili 2024-cü il Avropa çempionatından sonra qiymətini 10 milyon avro artırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hazırda nüfuzlu “Transfermarkt” statistik portalı 23 yaşlı qolkiperi 45 milyon avro qiymətləndirir.

“Transfermarkt”a görə dünyanın ən bahalı 10 qapıçısı:

1. Giorgi Mamardaşvili - 45 milyon avro (Gürcüstan).

2. Dioqo Kosta - 45 milyon avro (Portuqaliya).

3. Canluici Donnarumma - 40 milyon avro (İtaliya).

4. Qreqor Kobel - 40 milyon avro (İsveçrə).

5. Mayk Menyan - 38 milyon avro (Fransa).

6. Qulyelmo Vikario - 35 milyon avro (İtaliya).

7. David Raya - 35 milyon avro (İspaniya).

8. Ederson Moraes - 35 milyon avro (Braziliya).

9. Andre Onana - 35 milyon avro (Kamerun).

10. Unay Simon - 30 milyon avro (İspaniya).

Bütün xəbərlər Facebook səhifəmizdə