Ukraynalı idmançılara Olimpiadada ruslarla əl sıxmamağa icazə verilib

Ukraynalı idmançılara Olimpiadada ruslarla əl sıxmamağa icazə verilib

Ukrayna Milli Olimpiya Komitəsi beynəlxalq idman federasiyaları ilə Paris Olimpiadasında ruslar və belaruslarla əl sıxmamaq barədə razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə kp.ua-ya qurumun prezidenti Vadim Qutzeit bildirib.

...Biz beynəlxalq federasiyalarla razılaşmışıq ki, görüş zamanı bir-biri ilə salamlaşmaq, eləcə də oyundan sonra salamlaşmaq lazım olan yerdə bir-birimizlə salamlaşmayaq, əl sıxmayaq. Biz bu məsələni əvvəlcədən görmüşük və artıq razılaşmışıq.

...Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

...Və onu da xatırladaq ki, iyulun 18-də BOK 2024-cü il Olimpiya Oyunlarına buraxılmış rusiyalı idmançıların tam siyahısını dərc edib: cəmi - 15 nəfər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə