Dünyanın ən uzun karyerasına malik kişi idman diktoru

Boksun əfsanəvi səsi, Türkiyə Radio Televiziya Qurumunun (TRT) idman diktoru Orxan Ayxan (Orhan Ayhan) Ginnes Rekordlar Kitabına düşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

O.Ayxan 61 il 275 günlə “Dünyanın ən uzun karyerasına malik kişi idman diktoru” adını aldı.

24 yaşında radioda idman diktoru kimi fəaliyyətə başlayandan sonra peşəkar həyatında 6 olimpiada və bir çox çempionatlarda iştirak edib. Xüsusilə boks dünyasına maraq göstərdi. O, dünya şöhrətli boksçuların və klubların qarşılaşmalarını təqdim edib.

Futbol əfsanəsi, braziliyalı Pelenin yubileyində iştirak edən yeganə türkiyəli idman jurnalisti olan Orxanın 100-ə yaxın mükafatı, o cümlədən Pele ilə müsahibəsi də var.

Orxan Ayxan 61 ildən çox davam edən karyerası ilə Ginnes Rekordlar Kitabına düşdü.

Mətbuat şərəf kartı (Basın Şeref Kartı) mükafatının sahibi olan O.Ayxan hazırda “TRT Spor” üçün proqramlar hazırlayır.

Orxan Ayxanın indiyədək təqdim etdiyi matçların sayı 11 min 500-ü keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə