Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçib

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçib

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni klubu məlum olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi Polşanın "Radomyak" komandasına keçib. Onunla 2026-cı ilin yayınadək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Rahil Məmmədov son olaraq Polşanın digər təmsilçisi LKS-in formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə