"Real” bu gün Kilian Mbappe ilə rəsmi müqavilə imzalayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Mbappe onun üçün komandada hansı mövqedə çıxış etməsinin önəmli olmadığını bildirib.
“Məşqçi harada desə, orada oynamağa hazıram. PSJ və “Monako”da da belə olub. Əsas odur ki, hazır olum”.
Qeyd edək ki, fransız futbolçu PSJ-dən Madrid klubuna transfer olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə