Di Marianın xəyalı gerçək oldu

Argentina komandası Amerika kubokunun finalında Kolumbiyaya 1:0 hesabı ilə qalib gəlib. SİA xəbər verir ki, çempionların heyətində son oyununu keçirən vinger Anxel Di Maria komandasının qələbəsini şərh edib:

“Milli komandanı belə tərk etməyi xəyal edirdim. Argentina mənim sevgim və ölkəmdir. Hər şeyə görə təşəkkür edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə