Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Ötən mövsüm “Azərreyl”in heyətində çıxış etmiş dominikanlı voleybolçu Cineri Martinesin yeni klubu bəlli olub. SİA xəbər verir ki, 27 yaşlı blokçu Çinin “Lyaonin” komandasına keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, təcrübəli voleybolçu ötən mövsüm “dəmiryolçular”ın heyətində Azərbaycan çempionluğunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə