Azərbaycanın basketbol millisi Avropa çempionatında yarımfinal görüşlərinə çıxacaqlar
Bu gün Azərbaycanın 16 yaşadək oğlan və qızlardan ibarət Azərbaycan yığmaları Avropa çempionatının C divizionunda yarımfinal oyunlarına çıxacaqlar. SİA xəbər verir ki, əvvəlcə qızların komandası Cəbəllütariqdə keçiriləcək matçda Albaniya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.
Oğlanlardan ibarət komanda isə Albaniyada təşkil olunan turnirdə Kosovo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB