Azərbaycan millisi Macarıstan yığmasına məğlub olub

Azərbaycan millisi Macarıstan yığmasına məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv B Liqasının I qrupunda Macarıstan yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma rəqibin 0:5 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Azərbaycan seçməsi 4 xalla 4-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə