Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Avropa Universitet Oyunlarında iştirak edəcəklər

Azərbaycanın stolüstü tennisçiləri Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında iştirak edəcəklər. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli komanda turnirdə 8 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Səbinə Məmmədova, Nihad Məmmədov, Nihad Səmədzadə, Qadir İbrahimov və Rafiq Rafiqzadə qüvvəsini sınayacaq.

Stolüstü tennis yarışları iyulun 17-dən 25-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə