Almaniyada keçirilən Avropa çempionatı başa çatmaq üzrədi.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün yarımfinal mərhələsinə start veriləcək.
İlk finalçı Münhendəki “Alyans Arena”da təşkil olunacaq görüşdə müəyyənləşəcək. Erkən finalda favoritlər İspaniya və Fransa yığmaları üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarımfinalın digər matçı sabah Niderland və İngiltərə yığmaları arasında olacaq.
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya - Fransa - 0:1 (Birinci hissə)
Qol: Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Alyans Arena”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB