"İnter" yeni qapıçı transfer edib...

"İnter" yeni qapıçı transfer edib...

"İnter" heyətini yeni qapıçı ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Milan təmsilçisi "Cenoa"dan Xosep Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı qolkiperlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Xosep Martines ötən mövsüm "Cenoa"nın heyətində 36 rəsmi matçda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə