Amerika Kubokunda yarımfinal oyunlarına start verilir

Amerika Kubokunda yarımfinal oyunlarına start verilir

Bu gün Amerika Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək. SİA xəbər verir ki, turnirin son qalibi Argentina millisi Kanada yığması ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 04:00-da start götürəcək.

Yarımfinalın digər görüşündə isə Uruqvay və Kolumbiya komandaları qarşılaşacaqlar. Bu matç iyulun 11-də baş tutacaq.

Qeyd edək ki, Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə