UEFA Türkiyə millisinin futbolçusunu diskvalifikasiya edib

UEFA Türkiyə millisinin futbolçusu Merih Dəmiralı cəzalandırıb. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, qurum 26 yaşlı oyunçunu 2 oyunluq diskvalifikasiya edib.

Qərarla razılaşmayan Türkiyə Futbol Federasiyası İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Qeyd edək ki, Merih Dəmiral Avropa çempionatının 1/4 final mərhələsinin Avstriyaya qalib gəldikləri (2:1) oyununda qol vurduqdan sonra “bozqurd” işarəsi göstərmişdi. UEFA buna görə də araşdırmaya başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə