UEFA-dan Merih Demirala ağır cəza

UEFA AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

UEFA AVRO-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib. Bu isə o deməkdir ki, Demiral ən azı 1/4 finalda Niderlandla keçiriləcək oyunda meydanda olmayacaq.

Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi. Merihin bu oyunda “boz qurd” işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilmişdi.

Qeyd edək ki, iyulun 6-da keçiriləcək Niderland - Türkiyə matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə