Millimizin üzvü Polşa klubundan ayrıldı

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubundan ayrılıb. SİA xəbər verir ki, bu barədə Lodz komandası rəsmi saytı vasitəsilə məlumat verib.

Bildirilib ki, 28 yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Məmmədov LKS-ə bu ilin əvvəlində “Qarabağ”dan keçmişdi.

Qeyd edək ki, Rahil Məmmədov LKS-in heyətində Polşa çempionatında 16 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə