İspaniya tarixinin ən yaxşı hücumçuları – “10-luq”

Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri İspaniya tarixinin ən yaxşı 34 hücumçusunun reytinqini tərtib edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, siyahıya “Barselona” və “Valensiya”nın sabiq hücumçusu David Vilya başçılıq edir.

İkinci yerdə “Real”ın əfsanəvi forvardı Raul Qonzales qərarlaşıb. İlk “üçlüy”ü “Atletiko”da oynamış Fernando Torres qapayır.

“FourFourTwo”ya görə ən yaxşı 10 ispaniyalı hücumçu:

1. David Vilya (“Barselona”, “​​Valensiya”)

2. Raul Qonzales (“Real”)

3. Fernando Torres (“Atletiko”)

4. Fransisko Gento (“Real”)

5. Telmo Zarra (“Atletik”)

6. Alfredo Di Stefano (“Real” Madrid)

7. Emilio Butrageno (“Real”)

8. Alvaro Morata (“Real”, “Atletiko”)

9. Fernando Moryentes (“Real”, “Valensiya”)

10. Amansio (“Real”).

Bütün xəbərlər Facebook səhifəmizdə