Avstriya - Türkiyə oyununun referisi açıqlandı

Avro-2024-ün 1/8 final mərhələsində keçiriləcək Avstriya - Türkiyə görüşünün baş hakimi açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Oyunun referisi portuqaliyalı Artur Soares Diaş olacaq.

O, bunadək Avro-2024-də Polşa - Niderland və Danimarka - İngiltərə oyunlarını idarə edib.

Qeyd edək ki, iyulun 2-də keçiriləcək Avstriya - Türkiyə matçı Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə