Beş cüdoçumuz mübarizəyə başlayacaq

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. SİA xəbər verir ki, oğlanlar arasında -66 kq. çəkidə Səlim Soltanov, -73 kq. çəkidə Cəsur İbadlı, qızlar arasında isə 52 kq. çəkidə Vüsalə Hacıyeva və Aysun Məmmədova, -57 kq. çəkidə Aytən Verdiyeva tatamiyə çıxacaq.

Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 10:30-da, final görüşləri isə saat 17:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə