Stend atıcılığı üzrə Azərbaycan çempionatına start verilib

Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Azərbaycan çempionatına start verilib. SİA xəbər verir ki, yarışda ölkənin müxtəlif regionlarından olan və fərqli idman klublarını təmsil edən 70-dən çox idmançı iştirak edir. Onlar səngər və dairəvi stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə aparırlar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatına iyunun 29-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə