Rumıniya və Belçika 1/8 final mərhələsinə vəsiqə qazandı

Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunlarına bu gün keçiriləcək dörd qarşılaşma ilə yekun vuralacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, E və F qrupunda III turun oyunları keçirilir.

E qrupunda Slovakiya Rumıniya ilə heç-heçə edib - 1:1. Ukrayna - Belçika oyununda isə hesab açılmayıb.

Bu nəticələrə görə, Rumıniya və Belçika 1/8 final mərhələsinə vəsiqə qazanıb. Belçika isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda iştirak edəcək.

AVRO-2024
26 iyun
III tur

E Qrupu

Slovakiya – Rumıniya - 1:1
Qollar: Duda, 24 // Marin, 37 (p)

Ukrayna – Belçika - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə