Serbiya və Danimarka matçında Rusiya bayraqları asılıb…

...Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Serbiya və Danimarka yığmaları arasında keçirilən oyununda azarkeşlər Rusiya bayraqlarını asıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə OFNEWS Telegram kanalında bildirilib.

Qeyd olunur ki, üçrəngli bayraqları matçda iştirak edən rusiyalı azarkeşlər nümayiş etdiriblər. Bayraqların birində “Moskva” yazılıbmış.

Yeri gəlmişkən, iyunun 20-də üzlərində ölkə bayraqları olan rusiyalı azarkeşlər Avro-2024-ün qrup mərhələsinin ikinci turunda Serbiya və Sloveniya arasında keçiriləcək oyuna buraxılmayıblar.

Belə ki, stadionun təhlükəsizlik işçiləri azarkeşlərin oyuna matçda iştirak etməyən ölkənin bayrağını daşımaları ilə izah ediblər.

Ona görə də, rusiyalı azarkeşlər arenanın başqa girişinə keçib, üçrəngli bayrağı çevirərək özlərini serb kimi təqdim edərək içəri keçiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə