“Neftçi” legionerini göndərdi

“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovla yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Ötən mövsümün əvvəlində komandaya cəlb edilmiş futbolçu “Neftçi”də 25 matça çıxıb, 1 qol vurmuşdu.

Onun “Ximki”yə geri qayıtdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə