UEFA Danimarkanı cəzalandırdı

UEFA Danimarka Futbol Federasiyasını cəzalandırıb. SİA xəbər verir ki, buna onların azarkeşlərinin AVRO-2024-də açdığı banner səbəb olub.

Hadisə İngiltərəyə qarşı 1:1 hesabı ilə bitən matçda baş verib. Pankartlarda UEFA-ya qarşı təhqirlərin olduğu şüarlar yer aldığı üçün federasiya 10 min avro ödəyəcək.

Qeyd edək ki, daha öncə UEFA Albaniya və Serbiya futbol federasiyalarını siyasi şüarlara görə cərimələyib.

Bütün xəbərlər Facebook səhifəmizdə