"Bayer" "Bavariya"nın təklifini rədd etdi

"Bavariya" müdafiəçi Conatan Ta üçün "Bayer"ə ilk təklifini edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Lakin təklif rədd edilib. Bildirilib ki, Münhen təmsilçisinin təklifi 20 milyon avrodan az olub. Ancaq Leverkuzen klubu oyunçunu 40 milyon avroya satmağa hazırdır.

Qeyd edək ki, Ta ötən mövsüm Bundesliqada 31 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə