ABF məktəblilər arasında seçim turuna başlayıb - FOTOLAR

Azərbaycan Basketbol Federasiyasının (ABF) məşqçi mütəxəssislərindən ibarət nümayəndə heyəti, respublikanın rayon və şəhər məktəblərində təhsil alan 2012-2015-ci il təvəllüdlü şagirdlər arasından fiziki və funksional göstəriciləri basketbol idman növünə yararlı olan oğlan və qızları seçərək, onları qeydiyyata alıblar. Federasiyadan SİA-ya verilən məlumata görə, seçimlərin növbəti mərhələsinə bu gün start verilib. Şagirdlər bu mərhələdə basketbolun təməl başlanğıc hərəkətlərinin praktiki məşqlərini yerinə yetiriblər.
Mərhələni uğurla tamamlamış şagirdlər, növbəti mərhələyə keçid edəcəklər. Praktika mərhələsində, ilkin olaraq Bakı şəhəri, Xətai və Nizami rayon məktəblərindən seçilmiş şagirdlər iştirak etmişdirlər.

Qeyd edək ki, paytaxt və regionlarda seleksiya xarakterli təlimlər, yay ayları boyunca davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə